GPS nəzarət sistemi:
Şirkətə məxsus nəqliyyat vasitələrinin iş rejimini yaxından izləmək və nəqliyyat işinin düzgün idarəedilməsini təmin etmək məqsədilə “MSMT” şirkəti özünün “GPSim” adlı GPS nəzarət sistemini təklif edir.
İşləmə mexanizmi:
Nəqliyyat vasitələrinizi səmərəli şəkildə izləyə və idarə edə bilməniz üçün onlara xüsusi bir GPS cihazı quraşdırılır;
Bu cihaz peykdən aldığı telematik məlumatları GPRS vasitəsilə əlaqə mərkəzinə göndərir;
Hər bir istifadəçi üçün hesab açılır və nəqliyyat vasitələri avtomobilin nömrəsi, sürücünün adı və digər parametrlər üzrə qeydə alınır;
Hər hansı proqramla (Java) deyil, web-site üzərindən istənilən zaman etibarlı bir şəkildə hesaba daxilolma və nəqliyyat vasitələrinin sistemə qoşulan vaxtdan, sorğulanan vaxtadək hesabatını əldə etmək və onlara uzaqdan müdaxilə mümkündür.
Əsas:
• Nəqliyyat vasitələrinin yeri dəqiq rəqəmsal xəritələr üzərində təyin edilir;
• Bütün nəqliyyat vasitələrinin qət etdiyi məsafə və sürətləri izlənə bilər;
• Tarix aralığı seçilməklə nəqliyyat vasitələri haqqında məlumat əldə edilə bilər;
• Rəqəmsal dəqiq xəritə üzərində müştəri xəritələrini yaratmaq mümkündür (marketlər şəbəkəsi, apteklər şəbəkəsi və s.);
• Xəritə üzərində xüsusi nöqtələr (point), bölgələr qeyd oluna və onların vasitəsilə nəqliyyat vasitəsinin gün ərzində giriş-çıxışları izlənə bilər.
Əlavə:
• Nəqliyyat vasitəsi uzaqdan dayandırıla bilər, ümumiyyətlə işləməməsi üçün hərəkəti bloklana, siqnal və yan işıqları uzaqdan işə salına bilər;
• Sürət və bölgə limitləri tətbiq olunaraq, pozuntu xəbərdarlıqları SMS vasitəsi ilə müştəriyə göndərilə bilər;
• Nəqliyyat vasitəsinin daxilindəki istilik və digər telematik məlumatlar izlənə bilər;
• Nəqliyyat vasitəsinin qapılarının açıq və ya bağlı olduğu haqqında məlumatlar əldə oluna bilər;
• Nəqliyyat vasitələri tərəfindən edilmiş lazımsız gözləmələr (dayanma vaxtı) təsbit edilə bilər.